UEFA Avropa Liqasının 7-ci həftəsində sabah "Qalatasaray"ın qonağı olacaq Ukrayna təmsilçisi "Dinami Kiyev" matçının hazırlıqlarını tamamlayıb.
Məşqçi Oleksandr Şovkovskinin rəhbərliyi altında RAMS Parkda keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olub.
Topla isinmə hərəkətləri etdikdən sonra futbolçular top tutma məşqi ilə məşqlərini davam etdiriblər.
Məşqin mətbuata qapalı hissəsində "Qalatasaray" matçının taktikası diqqət mərkəzində olub.
Ukrayna yığmasının heyətində zədəli olan müdafiəçi Denis Popov və yarımmüdafiəçi Volodimir Brajko sabahkı oyunda meydana çıxa bilməyəcək.
Qalatasaray-Dinamo Kiyev matçı sabah saat 18.30-da RAMS Parkda oynanılacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
