"Mançester Siti” “Lens”də çıxış edən Abdukodir Xusanovu heyətinə qatıb.
Müdafiə quruluşuna gözlənilən gücləndirmə Premyer Liqa nəhəngi Mançester Sitidən gəlib. İngiltərə komandası "Lens"də çıxış edən Abdukodir Xusanovu heyətinə qatıb.
Abdukodir Xusanovun transferi üçün Lensə 40 milyon avroluq transfer haqqı ödənildiyi öyrənilib. Bildirilib ki, müqavilədə bonus maddələri də var. Abdukodir Xusanovla 4,5 illik müqavilə imzalanıb.
20 yaşlı özbək müdafiəçi bu mövsüm "Lens"də 16 matçda meydana çıxmaq şansı qazanıb. Bu görüşlərdə Abdukodir Xusanov 1 məhsuldar ötürmə edib.
Bunyokdor infrastrukturunda böyüyən Abdukodir Xusanov daha sonra “Energtik-BGU”da çıxış edib. Lens 2023-2024-cü il mövsümünün əvvəlində Abdukodir Xusanovun transferi üçün 100 min avro ödəyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
