Hazırda 300 milyondan çox aktiv istifadəçiyə malik olan RedNote, qısa zamanda sosial media dünyasında əhəmiyyətli mövqe tutmağı bacarıb. Platforma “TikTok”a oxşar funksiyalar təklif etsə də, fərqli xüsusiyyətləri ilə diqqət çəkir. Onun populyarlığı yalnız “TikTok”un qadağan olunma ehtimalı ilə deyil, həm də istifadəçilərin sosial media platformalarına olan gözləntilərinin dəyişməsi ilə əlaqədardır.
RedNote və “TikTok”un müqayisəsi:
1. Oxşarlıqlar
• Qısa video paylaşımı: Hər iki platforma qısa, vizual yönümlü məzmun yaratmağa və paylaşmağa imkan verir.
2. Fərqliliklər
• Məzmun fokuslanması: RedNote yalnız qısa videolarla kifayətlənməyərək, interaktiv və daha geniş məzmun növlərinə də imkan yaradır.
• Siyasi və strateji rolu: TikTok daha çox qlobal mədəniyyət axınlarına təsir göstərərkən, RedNote Çinin sosial media sahəsindəki təsir gücünü artırır.
Məlumat məxfiliyi və təhlükəsizlik
RedNote məlumatların Çindəki serverlərdə saxlanması ilə bəzi istifadəçilərdə məxfilik narahatlıqları yaradır. ABŞ hökumətinin TikTok ilə bağlı məxfilik qaydaları barədə müzakirələri fonunda “RedNote”un məlumatların saxlanması siyasəti daha çox diqqət çəkir.
• Təhlükəsizlik qorxuları: “ABŞ”də bəzi istifadəçilər məlumatlarının digər hökumətlərin nəzarətinə düşə biləcəyindən narahatdırlar.
ABŞ-də “RedNote"un yüksəlişi
“TikTok”un ABŞ-də qadağan olunma ehtimalı istifadəçilərin alternativ platformalara yönəlməsinə səbəb olub. Bu mənada RedNote, rəqəmsal məkan axtaran istifadəçilər üçün ideal seçim kimi görünür.
“RedNote”un gələcəyi
“RedNote”un sosial media və e-ticarəti birləşdirən unikal yanaşması platformanın böyüməsini sürətləndirir. Genişlənən istifadəçi bazası ilə RedNote, sosial media sahəsində əhəmiyyətli bir rəqib kimi ortaya çıxır. Qısa videolardan əlavə, platforma interaktiv məzmun formatlarını təbliğ edir və bu da istifadəçi təcrübəsini fərqli səviyyəyə qaldırır.
Nəticədə, RedNote, həm texniki xüsusiyyətləri, həm də dəyişən sosial media meyllərinə uyğunlaşma qabiliyyəti ilə rəqəmsal dünyada güclü mövqe əldə etməyə davam edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli