Bu gün:

Kənan Yıldız komandasını qələbəyə aparıb



İtaliya A Seriyasının 21-ci həftəsində “Yuventus” ikinci hissədə vurduğu qollarla ev sahibi “Milan”ı 2:0 hesabı ilə məğlub edib. 3 matçlıq heç-heçə seriyasına son qoyan "Yuve"nin ilk 11-də yer alan milli futbolçu Kənan Yıldız 2-ci hissənin əvvəlində zədələnərək oyunu tərk edib. 

İtaliya A Seriyasının 21-ci həftəsinin möhtəşəm oyununda "Yuventus" "Milan"ı qəbul edib.

Allianz Stadionunda keçirilən matçın ilk hissəsində qapılara qol vurulmayıb.

"Yuventus"un heyətində oyuna ilk 11-də başlayan, lakin ikinci hissənin əvvəlində zədələnən futbolçu Kənan Yıldızı Timoti Vea əvəzləyib.

Ağ-qaralar 60-cı dəqiqədə Samuel-Germain Mbanqulanın qolu ilə 1-0 önə keçib. Ev sahibi “Yuventus” 65-ci dəqiqədə Veahla daha bir qol vuraraq meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

3 matçlıq heç-heçə seriyasına son qoyan Turin təmsilçisi "Yuventus" qələbə ilə xallarını 37-yə yüksəldib.

5 həftəlik fasilədən sonra məğlubiyyətlə üzləşən "Milan" 31 xalla qalıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et