Bu gün:

“Anonymous” qrupu nədir və nəyə xidmət edir?


Anonymous birbaşa fəaliyyət, hacktivizm və digər pozucu rəqəmsal və fiziki hərəkətlərlə məşğul olan onlayn və oflayn fəallardan ibarət kollektivdir. Həmçinin, onlayn etirazları ilə tanınan və fəaliyyətlərinə görə hüquqi məsuliyyət daşıyan qlobal haker qrupudur.


Qrup, 2003-cü ildə “imageboard”, yəni şəkil lövhəsi saytı olan “4chan”da yaradılıb.


“Anonymous”un rəsmi rəhbərliyi və ya üzvlüyü yoxdur. Qrup, dünyanın hər yerindən ümumi idealları və məqsədləri ilə bir araya gələn digər həmfikir şəxsləri əhatə edib. 


“Anonymous”un əsas fəaliyyət meydanı internetdir. Burada hər bir üzv, seçilmiş ləqəb altında gizlənir. Beləliklə, onların bir-birini tanımırlar.


Hərəkat ilk əvvəl ABŞ-da yaransa da, hazırda Avropada, eləcə də Latın Amerikasında və az dərəcədə Asiyada fəaliyyət göstərir. Hərəkatın əsas silahı internet olduğundan, onun əsas silahı yayılmasının da əsas maneəsinə çevrilib: Anonymous internetin zəif olduğu Afrikada çox az yayılıb.

Bu qrupun üzvləri sosial şəbəkə xidmətləri və şifrəli internet söhbət otaqları vasitəsilə ünsiyyət qurur və əməkdaşlıq edir. Üzvlər, üzlərini “Guy Fawkes” maskaları arxasında gizlədirlər və bununla ictimaiyyətdə fərqlənirlər. 


Qrupun şüarı belədir:

“Biz anonimik, biz legionuq, biz bağışlamırıq, unutmadıq, bizi gözləyin.” “Biz legionuq” hissəsi “İncil”dən götürülüb və hərəkat üzvlərinin sayının çox olmasına işarədir.


“Anonymous” qrupu əvvəlcə haktivistlərdən ibarət kiçik bir kollektiv idi. 2003-cü ildə isə razılaşdıqları təşkilatlara və şəxslərə qarşı internet trolinq kampaniyaları ilə tanınıb. 2008-ci ildə qrup Scientology Kilsəsinə qarşı etirazlarda iştirak edib və bu, Scientology veb-saytlarına hücumlara və ofislərinə qara fakslara səbəb olub.


Bu qrup ifadə azadlığını boğduğuna inandıqları müxtəlif qurumlara, təşkilatlara və hökumətlərə kiberhücumları ilə də ad-san salıb. Hadopi-dən tutmuş, Fransa Daxili İşlər Nazirliyi, ABŞ Federal Təhlükəsizlik Xidməti, Mərkəzi Kəşfiyyat İdarəsi, İnterpol, NATO, Stratfor, Sony, Mastercard, RayPal və Visa-ya qədər hücum həyata keçiriblər.

Anonymous-un ən böyük aksiyalarından bir neçəsi:


 1.Mərkəzi Kəşfiyyat İdarəsinin saytı sındırılıb:

Hadisənin vaxtı: 2012-ci il 3 fevral.


2.CBS / Universal Music saytı sındırılıb:

Hadisənin vaxtı: 2012-ci il 23 yanvar.


3.40-dan çox uşaq pornoqrafiyası serveri sındırılıb:

Hadisənin vaxtı: 2011-ci ilin oktyabrı.


4.Tunis hökumətinin saytları sındırılıb:

Hadisənin vaxtı: 2011-ci il 3 yanvar.


5.HBGary (Amerika hökumətinin Anonymous şəbəkəsini tapmaq işini tapşırdığı HBGary Federal təhlükəsizlik şirkəti) sındırılıb: 

Hadisənin vaxtı: 2011-ci ilin 6 fevral.


6.NATO, Şimali Atlantika Blokunun şəbəkəsi sındırılıb:

Hadisənin vaxtı: 2011-ci ilin iyulu.


Mənbə: İnvestopedia

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et