Bu gün:

“İndi İslam dünyada bir nömrədir”


Rusiyalı İslam Mahaçev ilk raundda zədə səbəbindən yarışı tərk edən Tsarukyanın əvəzedicisi olmuş braziliyalı Renato Moykanoya qalib gəlib.

Rusiyalı döyüşçü İslam Mahaçev UFC 311-in əsas yarışında qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu uğurla qoruyub. Döyüş birinci raundda boğulma ilə başa çatıb, bundan sonra Moykano təslim olmaq məcburiyyətində qalıb.


Əvvəlcə dağıstanlı yüngül çəkidə titul kəməri uğrunda 2019-cu ildə artıq səkkizbucaqda qarşılaşdığı erməni-rus döyüşçüsü Arman Tsarukyanla döyüşməli olub.


İndi 33 yaşlı Mahaçevin MMA-da 27 qələbəsi və bir məğlubiyyəti var. 35 yaşlı Moykanonun hesabında 20 qələbə, 6 məğlubiyyət və bir heç-heçə var. Mahaçev beşinci titul döyüşünü qazanaraq UFC yüngül çəki rekordunu müəyyənləşdirib. Əvvəllər Həbib Nurməhəmmədov, Benson Henderson və BJ Pennin hərəyə dörd qələbəsi olub.


Döyüşdən sonra Mahaçev rəqiblərini məğlub etməyə hazır olduğunu bildirib və vurğulayıb ki, o, həmişə döyüşün tez başa çatması üçün çalışır: “Mən həmişə rəqibimi bitirməyə çalışıram. Sözümün üstündə dururam - mənə kiçik bir şans verin, döyüşü tez bitirərəm. Mənim üçün kiminlə döyüşməyimin fərqi yoxdur”.


Mənbə: amp.rbc.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et