ChatGPT bu gün bir çox insanın köməkçisinə çevrilib. Lakin ondan maksimum fayda əldə etmək üçün ondan düzgün istifadə qaydasını bilmək lazımdır. Ona necə təlimat verəcəyini öyrənmək nəticələri daha təsirli edə bilər. Düzgün suallar vermək ən yaxşı cavabları əldə etməyin açarıdır.
Artıq istədiyiniz cavabı axtarmaq üçün Google nəticələri səhifələrində vərəqləmək üçün vaxt sərf etməli deyilsiniz. Məsələn, mürəkkəb termini öyrənmək istəyirsinizsə, ChatGPT-dən onu uşağa izah edirmiş kimi izah etməyi xahiş edə bilərsiniz. Sadəcə suallarınızı və ya açar sözlərinizi daxil edin və o, sizə ən uyğun cavabları təqdim edəcək.
ChatGPT ilə beyin fırtınası
Hər kəsin yaradıcı ideyaları nə vaxtsa tükənir. ChatGPT oyuna daxil olsuğu məqam budur. Qısa bir ipucu və ya sual daxil etməklə, o, mürəkkəb problemləri həll etməyə və ya layihələriniz üçün yeni ideyalar inkişaf etdirməyə kömək edə bilər.
Biznes e-poçtlarınızı ChatGPT-də hazırlaya bilərsiniz.
Siz ChatGPT-dən biznes e-poçtlarınızı yaratmağı və müxtəlif versiyalar hazırlayaraq hansının daha yaxşı işləyəcəyini yoxlamağı xahiş edə bilərsiniz.
Kodlaşdırma işinizi asanlaşdırın
Proqram dünyasında başqaları tərəfindən yazılmış kodları anlamaq çox vaxt ən çətin vəzifələrdən biridir. Lakin ChatGPT sadəcə kod yazmır. O, həmçinin mövcud kodlarınızı nəzərdən keçirməyə və təşkil etməyə kömək edə bilər.
Görüşlərinizdə Səmərəliliyi Artırın
Görüşə hazırlıq həmişə çətin ola bilər. ChatGPT sizə iclas gündəliyi yaratmağa, görüş qeydləri yazmağa və hətta müzakirə zamanı təkliflər verməyə kömək edə bilər.
Şəxsi tövsiyələr alın
ChatGPT- ni mentor kimi düşünün. İş vərdişlərinizi və ehtiyaclarınızı təsvir edin və fərdi tövsiyələr istəyin.
Bu səmərəli üsullardan istifadə edərkən sorğunuzu ChatGPT-ə kifayət qədər aydın şəkildə yazdığınızdan əmin olmalısınız. Bunu 5 yaşlı uşağa bir mövzu izah etmək kimi düşünə bilərsiniz, nə qədər ətraflı məlumat versəniz, bir o qədər yaxşı cavab alacaqsınız. Həmçinin ChatGPT məşq etməkdən qorxmayın. Siz irəlilədikcə onların cavablarının yaxşılaşdığını görəcəksiniz.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı