Bu gün:

OpenAI süni intellekt modelinin gözlənilməz dil keçidi


OpenAI tərəfindən təqdim olunan yeni süni intellekt modeli o1, gözlənilməz davranışları ilə alimlərin diqqətini çəkib. 

Model, İngilis dilində suallar verilərkən bəzən Çin, Fars və ya digər dillərdə “düşünərək” cavab hazırlayır. Məsələn, “Strawberry sözündə neçə R var?” sualına cavab tapmağa çalışarkən, o1 cavabını tapmaq üçün bəzi addımları başqa dillərdə həyata keçirir və yekun cavabı İngilis dilində təqdim edir. Bu qeyri-adi davranışın səbəbləri hələ tam aydın deyil.

OpenAI bu məsələyə dair rəsmi bir açıqlama verməsə də, süni intellekt mütəxəssisləri bu hadisənin səbəbini anlamaq üçün araşdırmalar aparır. Belə bir maraqlı hadisə bağlı tədqiqatlar isə hələ də davam edir.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et