Yeni və təkmilləşdirilmiş modeldə olan bu Ulduz gəmisi əvvəlki sınaq uçuşlarına bənzər şəkildə Meksika körfəzi üzərindən demək olar ki, tam bir döngədə dünya ətrafında dövrə vurmaq üçün nəzərdə tutulub.
ABŞ-nin kosmik şirkəti SpaceX-in Starship raketi son sınaq uçuşunda təəccüb verici bir məsafəyə çatdıqdan sonra parçalanıb. Elon Maskın şirkəti Starship-in sürətli şəkildə planlaşdırılmamış bir sökülmə anı yaşadığını bildirib. Kosmik gəminin altı mühərrikin qalxma zamanı və uçuşun 8,5-ci dəqiqəsində tədricən sönüb. Bir neçə dəqiqə ərzində əlaqə kəsilib.
Parçalanmadan bir dəqiqə əvvəl SpaceX buraxılış qülləsində kütləvi mexaniki qollardan istifadə edərək geri qayıdan raket gücləndiricisini tutub. Daha əvvəl yalnız bir dəfə yerinə yetirilən bu prosedur "Çubuqlar" adlı iki qollu sistemlə həyata keçirilib. Enən gücləndirici buraxılış platformasının üzərində üzdükdən sonra qolları tərəfindən tutulub.
Lakin bu həyəcan Texasın cənub tərəfində toplanan şirkət işçiləri və izləyiciləri üçün məyusluğa çevrilib. SpaceX-in sözçüsü Dan Huot : "Yüksək enişi görmək əla idi, lakin biz kosmik gəminin düşməsindən məyus olduq" - deyib.
Kosmik gəmidən alınan son məlumatlar onun 146 kilometr yüksəklikdə və saatda 21 min 317 kilometr sürətlə olduğunu göstərib.
Elon Musk bildirib ki, ilkin təhlillər göstərib ki, yanacağın sızması mühərrikin təhlükəsizlik divarının üstündəki boşluqda təzyiq yaradır. X-la bağlı açıqlamasında o, yanğınsöndürmə sistemlərinin əlavə ediləcəyini, havalandırmanın artırılacağını və sızmalara nəzarətin gücləndiriləcəyini bildirib.
123 metr uzunluğundakı raket günorta saatlarında Meksika sərhədi yaxınlığındakı Boka Çika çimərliyindən buraxılıb. Bu gec buraxılış kosmik gəmiyə gündüz işığında dünyanın o tayındakı Hind okeanına girməyə imkan verəcək idi. Ancaq kosmik gəmi o qədər uzağa çata bilməyib.
Bu son buraxılış üçün SpaceX kosmik gəmidə təkmilləşdirmələr edilib və peyk modelləri donanmasını əlavə edilib. Sınaq peykləri SpaceX-in Starlink internet peykləri ilə eyni ölçüdə olub və kosmik gəmi kimi, daxil olduqdan sonra məhv edilməsi planlaşdırılıb.
Mask Starships-də faktiki Starlink peyklərini buraxmağı və sonra digər peyklərə keçməyi, nəticədə, ekipajın daşınmasını planlaşdırıb.
Dünyanın ən böyük və ən güclü raketi olan “Starship” bu uçuşla yeddinci sınağını həyata keçirib.
Mənbə: Euronews
Tərcümə etdi: Dilbər Paşazadə