Bu gün:

Mahaçev titul döyüşündən bir gün əvvəl rəqibsiz qalıb


Erməni əsilli stil döyüşçüsü (MMA) Arman Tsarukyan zədəsi səbəbilə UFC 311 turnirində İslam Mahaçevlə qarşılaşmadan imtina edib. İdmançı bu haqda Instagram hesabında paylaşım edərək bildirib:

“Təəssüf ki, zədəm səbəbilə UFC 311-də iştirakdan imtina etdiyimi bildirmək məcburiyyətindəyəm. Bu, mənim döyüş karyeramda ən çətin qərardır.”

Beləliklə, Tsarukyan zədə səbəbindən titul döyüşündən çəkildiyini təsdiqləyib.

17 yanvar axşamı jurnalist Zubayrayev açıqlayıb ki, Arman Tsarukyanın yerinə Çarls Oliveyra döyüşə hazırdır. Oliveyra UFC-nin yüngül çəki reytinqində ikinci pillədə qərarlaşıb və turnirdə ehtiyat döyüşçü kimi təklif olunmuşdu. Lakin Tsarukyanın döyüşdən çıxarılmasından sonra belə Oliveyra seçilməyib.

Mahaçev və Tsarukyan UFC 311-də bir-birindən revanş almalı idilər. İkili daha öncə, 2019-cu ildə Sankt-Peterburqda keçirilən UFC turnirində üz-üzə gəlmiş və həmin döyüş İslam Mahaçevin yekdil qərarı ilə onun qələbəsi ilə nəticələnmişdi.

Bu arada, UFC 311-də Dariuş ilə braziliyalı Renato Moykanonun döyüşü də planlaşdırılmışdı. Lakin Dariuş Mahaçevin rəqibi seçildiyi üçün həmin döyüş ləğv edilib. UFC prezidentinin qərarına əsasən, Dariuş maddi təzminat alacaq.

UFC prezidenti Dana Uayt bildirib ki, İslam Mahaçevlə əlaqə saxladıqları zaman çempion qətiyyətlə deyib:

“Qardaş, mən çempionam. Hər kəslə döyüşməyə hazıram, mənə fərqi yoxdur.”


Mənbə: lenta.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et