Bu gün:

Google Images-in yaranmasına səbəb olan yaşıl don


2000-ci ildə Jennifer Lopezin Grammy mükafatlandırma gecəsində geyindiyi yaşıl Versace donu yalnız moda dünyasında deyil, texnologiya sahəsində də dərin iz buraxdı. Geyim, o vaxt hər kəsin diqqətini çəkərək internetdə böyük axtarış dalğasına səbəb oldu.

Google-un keçmiş CEO-su Eric Schmidt bu hadisə ilə bağlı deyib: “İnsanlar yaşıl donu axtarırdı, amma istədikləri görüntüləri tapmaq çətin idi. Bu, bizə yeni bir sistemə ehtiyac olduğunu göstərdi.”

Məhz bu hadisədən sonra Google, insanların istədikləri şəkilləri asanlıqla tapa bilməsi üçün 2001-ci ildə Google Images funksiyasını təqdim etdi. Jennifer Lopezin yaşıldan ibarət məşhur Versace donu yalnız moda tarixinə deyil, rəqəmsal inkişafa da töhfə verdi.

Bu hadisə, texnologiya və pop mədəniyyətin bir-birinə necə təsir etdiyini göstərən əhəmiyyətli bir nümunə kimi tarixdə yer aldı.

Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova


Paylaş
Şərh əlavə et