1990-cı illərin sonlarında ABŞ Müdafiə Nazirliyinin iki tədqiqat təşkilatı, ABŞ cəsuslarının həssas kommunikasiyalarını qoruyacaq anonim və şifrəli şəbəkənin yaradılması üçün səylər göstərdilər.
Bu gizli şəbəkə, adi internet istifadəçiləri tərəfindən bilinən və ya əlçatan olmamalı idi. İlkin gizli niyyət heç vaxt tam həyata keçirilməsə də, insan hüquqları və məxfilik fəalları üçün anonimliyə yönəlmiş qeyri-kommersiya təşkilatını işə saldılar.

“The Onion Router”.
Tor, dark web’in əsas texnologiyası kimi xidmət edir. O, adi brauzer vasitəsilə əlçatmaz olan və “Google” kimi axtarış motorları tərəfindən indeksləşdirilməyən gizli saytlar toplusudur.
Boz sahələr
Tor şəbəkəsində “.onion” ilə bitən 65 000-dən çox unikal URL mövcuddur. Aparılan araşdırmalara görə, ən çox yayılmış funksiyalar vasitəsilə ünsiyyəti, bazarlar vasitəsilə isə ticarəti asanlaşdırır.
“Terbium Labs” tədqiqat şirkəti tərəfindən aparılan araşdırma, qaranlıq internetdəki domenlərin yarısından çoxunun əslində qanuni olduğunu göstərir.

İnternetin böyük hissələrini bloklayan və ya siyasi müxalifləri cəzalandıran rejimlər altında yaşayan fərdlər üçün dark web, məlumat əldə etmək və təqiblərdən qorunmanı təmin edən həyat xəttidir. Daha azad cəmiyyətlərdə bu, insanları iş yerində və ya cəmiyyətdə cəza və ya mühakimədən qoruyan kritik bir fit çalma və ünsiyyət vasitəsi ola bilər.
Digər yandan, tiranlardan və hədəflənmiş reklamlardan qorunmanı təmin edən eyni məxfilik və anonimlik də dark web’i cinayət üçün tramplin halına gətirib.
Daha çox yayılmış qeyri-qanuni fəaliyyətlərdən bəzilərinə silah alveri, narkotik ticarəti və pornoqrafiya, zorakılıq şəkilləri və digər sui-istifadə növləri kimi istismar xarakterli məzmunun paylaşılması daxildir. Veb saytlar, neonasistlərin, ağdərililərin və digər ekstremist qrupların ritorikasını dəstəkləyir.

Dark web xidmətlərinin kriptovalyutalarla birləşdirilməsi təqsirlərin artacağına dair gözləntilərə səbəb olub. S.Nakamoto ləqəbindən istifadə edən naməlum kriptoqrafiya mütəxəssisi dünyada milli hökumət tərəfindən idarə olunmayan ilk valyuta və ödəniş şəbəkəsini inkişaf etdirib: “Bitcoin”. Başlanğıcda texnoloji icma üçün niş mübadilə vasitəsi olan “Bitcoin” 2011-ci ildə “İpək Yolu” kimi tanınan dark web saytında əməliyyatlar aparan narkotik satıcıları üçün seçim valyutası olaraq ortaya çıxıb.
Şəxsi həyatın toxunulmazlığını müdafiə edənləri və məlumat verənləri qorumaq, uşaq istismarçılarına, silah alverçilərinə və narkobaronlara səlahiyyət vermək hesabına başa gəlməməlidir.
Tənzimləyicilərin və hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifə, dark web’de ən məkrli fəaliyyətləri müəyyən edib aradan qaldırarkən liberal prinsipləri qorumaq üçün incə xətt üzrə addımlayan yanaşmalar hazırlamaqdır.
2019-cu ildə, göstərilən səylər, qrup üzvlərinə həbs cəzası verməyə və ən böyük narkotik bazarlarından ikisi olan “Wall Street Market” və “Valhalla” da daxil olmaqla 50 qeyri-qanuni qaranlıq internet saytını bağlamağa imkan verib.
Hökümətlər və beynəlxalq qurumlar hazırda da dark web’in zərərli fəaliyyətini tənzimləyə çalışır və bu yöndə əməliyyatlar aparır.
Mənbə: İMF
Tərcümə etdi: Aysu Əsgərzadə
