Bu gün:

İlk kameranı kim ixtira edib?


Kameralar gündəlik həyatımızın ayrılmaz bir hissəsidir, lakin kağız üzərində şəkilləri saxlayan ilk kameranı kimin icad etdiyini bilirsinizmi?
Nicéphore Niépce
Fransız ixtiraçı Nicéphore Niépce 1825-ci ildə fotoşəkil yaratmaq üçün ilk kameranı hazırlayıb. O, gümüş xlorid ilə örtülü olan kağız üzərində mənfi şəkillər yaratmaq üçün təcrübələr aparsa da, bu şəkillər müvəqqəti idi. Daha sonra kimyəvi araşdırmalarla qalıcı şəkillər yaratmaq üçün “Yəhuda Bitumu” ilə qarışdırılan filmdən istifadə edərək “heliografi” adlandırdığı prosesi inkişaf etdirib.
Louis Daguerre
Niépce-nin ölümündən sonra (1833-cü ildə) Louis Daguerre onun işlərini davam etdirib və 1839-cu ildə ilk daşınan kameranı – Daguerreotip adlanan bir qutu kameranı icad edib. Bu kamera gümüş yodid ilə örtülü olan lövhələri işığa məruz qoyaraq şəkillər çəkirdi. Proses bahalı olsa da, dünya tərəfindən böyük maraqla qarşılanıb.
William Henry Fox Talbot
Eyni dövrdə ingilis William Henry Fox Talbot da Calotype adlandırdığı bir kamera üzərində işləyib. Talbotun kamerası kağız üzərində mənfi şəkillər çəkib və daha sonra bu mənfi görüntülərdən müsbət şəkillər yarada bilib. Bu proses Daguerreotipdən fərqli olsa da, daha çox müsbət şəkil yaratma imkanı təqdim edib.
Bu üç şəxs müasir kameraların inkişafına əsaslı təsir göstərərək indiki fotoqrafiya texnologiyasının təməlini qoyublar.
Mənbə: TheCollector
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et