Bu gün:

Uşaqlar və süni intellekt: Artan risklər


Süni intellekt texnologiyaları, xüsusilə 10 yaşdan kiçik uşaqların davranış və qərar qəbul etmə bacarıqlarına ciddi təsir edir. Uşaqlar süni intellekti insan kimi qəbul edərək yanlış yönləndirmələrə məruz qala bilirlər. Bu texnologiyaların ciddi risklər yaratdığını ötən aylarda ABŞ-ın Florida ştatında baş verən hadisə göstərib. Bir ana oğlunun intiharından sonra süni intellekt əsaslı söhbət proqramını məhkəməyə verib. Uşaq botun cavablarından təsirlənərək həyatına son qoyub.

Psixoloji və sosial təsirlər

Psixiatriya mütəxəssisi Dr. Öndər Küçük bildirir ki, 10 yaşdan kiçik uşaqlar reallıqla fantaziyanı tam ayırd edə bilmədikləri üçün süni intellektlə münasibətləri onların zehni və sosial inkişafına mənfi təsir göstərə bilər. Uşaqlar texnologiya ilə daha çox vaxt keçirdikcə sosial təcrid riski artır.

Məxfiliyə təhlükə

Uşaqların süni intellektə həddindən artıq güvənməsi məxfilik problemlərinə də yol açır. Şəxsi məlumatlarını paylaşmaları onların təhlükəsizliyini təhdid edə bilər.

Valideynlərin rolu

Dr. Küçük vurğulayır ki, texnologiyanın təhlükələrini azaltmaq üçün valideynlər uşaqları nəzarətsiz buraxmamalı, onları məlumatlandırmalı və ailə içi ünsiyyəti gücləndirməlidirlər. Texnologiyadan balanslı istifadə isə bu riskləri minimuma endirə bilər.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et