Bu gün:

Hania Zataarinin köməyi ilə yaradılan yardım sitemi


Hania Zataarinin köməyi ilə yaradılan yardım sistemi.

Hania Zataari, Livanın Sənaye Nazirliyində çalışan mexanika mühəndisidir. Ötən payızda, Livanda davam edən müharibə fonunda o, bacarıqlarını istifadə edərək, ehtiyacı olanlara yardım etməyi asanlaşdırmaq üçün xüsusi bir chatbot sistemi qurdu. Bu chatbot WhatsApp üzərindən fəaliyyət göstərərək, müharibədən əziyyət çəkənlərə yardımın çatdırılmasını təşkil edir.

Hania, bu ideyanı Livanın cənubunda yerləşən Sidon şəhərindəki müharibə nəticəsində evsiz qalan insanlara dəstək olmaq üçün həyata keçirdi. O, bu barədə belə deyir: "Onlar evlərini, yığdıqları pulları, işlərini, illərlə qurduqları hər şeyi itirdilər."

Müharibənin səbəbləri və nəticələri:

2023-cü ilin oktyabrında Hizbullahın İsrailə hücumu ilə başlayan və gərginləşən münaqişə, 23 sentyabr tarixində İsrailin Hizbullaha qarşı hərbi əməliyyatları artırması ilə daha da ağırlaşdı. Bu əməliyyatlar nəticəsində, Livan hökumətinin məlumatına görə, ən azı 492 nəfər həlak oldu və minlərlə ailə evlərini tərk edərək Sidon kimi yerlərə qaçdı.

İsrail Müdafiə Qüvvələri (IDF), Livanda 1600 Hizbullah mövqeyinə zərbə endirdiyini açıqladı. Nəticədə, bir çox ailə məktəblərdə və ictimai binalarda sığınacaq tapdı, digərləri isə başqa yerlərdə kirayədə yaşamağa və ya qohumlarının yanında qalmağa məcbur oldu.

Chatbotun iş mexanizmi:

Hania, bu qaçqınların problemlərini həll etmək üçün proqramlaşdırma biliklərindən istifadə edərək Callbell.eu platformasında bir chatbot yaratdı. Bu sistem WhatsApp üzərindən sadə suallar verərək insanların adını və yerini qeydə alır, daha sonra isə könüllülər qrupu bu məlumatlardan istifadə edərək yardım vasitələrini – qida, dərman, geyim, yorğan-döşək və digər ehtiyacları – ehtiyacı olanlara çatdırır.

Hania belə izah edir: "Mənim üçün onların adlarını bilmək önəmli deyil. Mənə yalnız onların harada olduqlarını bilmək lazımdır ki, yardımı çatdıra bilim."

Misal üçün, bir uşaq üçün qida tələb olunduqda, chatbot uşağın yaşını və lazımi miqdarı soruşur. Bu məlumat əsasında Hania və onun komandası yardımı təşkil edir.

Layihənin maliyyələşdirilməsi və əhəmiyyəti:

Hania deyir ki, bu layihə əsasən ianələr və könüllülərin dəstəyi ilə həyata keçirilir. Beləliklə, hökumətdən birbaşa dəstək ala bilməyən insanlar üçün yardımın təmin edilməsinə böyük töhfə verilir.

Mənbə :bbc 

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et