Bu gün:

Hamilton "Formula 1"-in ən yaxşısıdır


Formula 1-də son illərin ən böyük hadisələrindən biri ən çox çempionluq qazanan iki pilotdan biri olan Lyuis Hamiltonun ən çox çempionluq qazanan komanda olan Ferrari-yə transferi olub. Hamilton Ferrariyə keçəndə özü ilə qırılması çətin olan bir çox rekordlar aparıb.


Müasir dövrün ən böyük pilotlarından biri olan Lyuis Hamilton artıq 2025-ci ildə Ferrari kombinezonunu geyinəcək. İngilis pilot karyerası boyunca qeyri-mümkün görünən rekordlar qırıb.

Hamilton 105 Qran Pri (GP) qələbəsi və 104 poul mövqeyi ilə Formula 1 tarixində birincidir.

Lyuis Hamiltonun üstünlüyü təkcə bir mövsüm və ya bir neçə yarışla məhdudlaşmırdı. Britaniyalı pilot 16 mövsümdə ən azı bir yarışda qalib gəlib və digər sürücülərə 5486 dövrə liderlik edib.

Hamilton Formula 1-ə qədəm qoyduğu ilk ildən öz keyfiyyətini nümayiş etdirib. O, yeni mövsümdə 4 qələbə və 6 poul qazanan yeganə pilotdur.

Lyuisin digər rekordu 31 müxtəlif Qran Pridə qələbə və 36 müxtəlif trasda podiumda dayanmasıdır.

Sir həm də Britaniya QP-ni 9 dəfə qazanaraq trekdə ən çox damalı bayraq görən sürücüdür.

Mersedes pilotu olduğu müddətdə 6 dəfə tək komanda ilə ən çox dünya çempionu olan Lyuis 7 dəfə qazandığı dünya çempionluğunu Mixael Şumaxerlə bölüşür.

Hər bir statistika Lyuis Hamiltonun bir hissəsidir və Formula 1 tarixinə qızıl hərflərlə yazılmağa davam edir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et