Bu gün:

Bu Ronaldonun Messiyə məşqçilik etməsi kimidir!


"Australian Open" üçün geri sayım davam edərkən bütün gözlər nəhəng turnirdən əvvəl ölkəyə gələcək iddialı tennisçilərə yönəlib. Xüsusilə, Cokovic-Murrey iş birliyi böyük diqqət çəkir. Bu əməkdaşlığın bənzətməsi “Ronaldonun Messiyə məşqçilik etməsi kimi”dir.

Avstraliyanın cənub yarımkürəsində tennis üzrə dörd Böyük Dəbilqə turnirindən birincisi bazar günü, yanvarın 12-də başlayacaq.

Australian Open öncəsi iddialı raketkalar meydançada və meydançadan kənarda görünüblər. İkisinin əməkdaşlığı "Ronaldo Messiyə məşqçilik edir" kimi bənzədilir.

Bu böyük dəbilqədə cəmi 10 çempionluqla kişilər arasında rekorda sahib olan Novak Cokoviçin keçmiş rəqibi Endi Murreylə bir araya gəlməsi böyük maraq doğurur.

Əslində, bu birlik futbol dünyasındakı Ronaldo-Messi qarşıdurmasını xatırladır.

Melburnda jurnalistlərin suallarını cavablandıran ikili əməkdaşlıq prosesində baş verənləri açıqlayıb.

Cokoviç: "Murreyə sözün əsl mənasında yalvardım ki, qəbul etsin"

Murrey: "İlk reaksiyam "həyat yoldaşımdan soruşmalıyam"-,deyə bildirib.

Cokoviç praktiki olaraq Murreyə məşqçilik təklifini qəbul etməsi üçün yalvardığını desə də, britaniyalı təqaüdçü onun ilk reaksiyasını “arvadımdan soruşmalıyam” olduğunu açıqlayıb.

Cokoviç və Murrayın güclərini birləşdirməsi böyük diqqət çəkir.

Murray həmçinin zarafat edib ki, onun əsas məqsədi Cokoviçi sarsıtmaqdır.

"Buna cavabdeh olan yeganə şəxs mənim yanımda oturan bu adamdır!"

Andy Murrey: " Mən burada dəfələrlə oynamışam, amma heç vaxt çempionluq qazanmamışam. Təəssüf ki, mənim yanımda oturan bu adam buna görə məsuliyyət daşıyır. Ona görə də mən onun daha bir çempionluq qazanma qabiliyyətini sarsıtmaq üçün buradayam"-, deyə bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et