Bu gün:

Retro və vintage üslub nə deməkdir?


Son illərdə vinteyc (vintage) trendi çox populyarlaşıb. Xüsusilə, sosial media platformalarında vinteyc modasını əks etdirən çoxlu fotolar var. Vinteyc “keçmişin modası” deməkdir. Biz keçmişdəki tək və xüsusi parçalara və ya kolleksiyalara “vinteyc” deyirik. 


Retro nə deməkdir?

Retro “geriyə” deməkdir. “Keçmiş üçün”, “keçmişə aid” kimi mənaları daşıyan retro sözü moda dünyasında da istifadə olunur. Keçmişə aid olan parçaların, müəyyən bir dövrdə çox istifadə edilən aksesuarların populyarlaşması və təkrar istifadəsi retro moda adlanır. Retro ümumiyyətlə 1960-1970-ci illərin izlərini daşıyır.

Retro və vinteyc arasındakı fərq nədir?

Retro və vinteyc yaxın mənalara malik olsa da, onlar arasında mühüm fərqlər var. Aralarındakı ən mühüm fərq ondan ibarətdir ki, vinteyc, həqiqətən də, köhnə məhsulları təsvir etmək üçün istifadə olunur, retro isə köhnə görünən yeni məhsulları təsvir etmək üçün istifadə olunur. 

Retro geyim tərzi nədir?

Retro geyim tərzində bəzi vacib xüsusiyyətlər var. Nümunə gətirsək, hündürbel şalvarlar, kollec tipli paltolar, büzməli ətəklər, fedor papaqlar, qıvrımlı paltarlar, dövrə damğasını vuran qayışlı kişi şalvarları.

Vinteyc yeni trend

 Bir parçanın vinteyc sayılması üçün onun müəyyən bir dövrə aid olması lazımdır. Bu gün mövcud olan  parçalarının, demək olar ki, çoxu 1930, 1940, 1950 və 1960-cı illərə aiddir. Vinteyc dünyada, xüsusən də, son dövrdə kifayət qədər trendə çevrilib.

Mənbə:  Milliyet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et