Bu gün:

Olimpiadalarda rəssamlıq yarışları: sənət və idmanın vəhdəti


Bir vaxtlar Olimpiya oyunlarında rəqabət yalnız fiziki gücə əsaslanmırdı. 1912-1948-ci illər arasında sənət də Olimpiya oyunlarının bir hissəsi idi. Rəssamlıq, musiqi, heykəltəraşlıq, ədəbiyyat və memarlıq kimi sahələr üzrə yarışlar təşkil olunurdu.

Bu yarışlar idmanla birbaşa əlaqəli mövzuları əhatə edib. Məsələn, iştirakçılar idman səhnələrini əks etdirən rəsm əsərləri və ya poeziya təqdim edirdi, nəticədə isə qaliblər isə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılıb.

Sənət yarışları Olimpiya oyunlarının banisi Pierre de Coubertin tərəfindən idman və sənət arasındakı əlaqəni gücləndirmək üçün yaradılıb. Lakin zamanla bu yarışların yerini müasir idman növləri alıb. Yarışlara peşəkar sənətçilərin qatılmasına icazə verilməməsi və izləyicilərin diqqətinin azalması sənətin Olimpiya proqramından çıxarılmasına səbəb oldu.

Bununla belə, bu unudulmuş tarix sənət və idman arasında yaranmış unikal əlaqəni simvollaşdırıb. Bugünkü Olimpiya oyunlarında isə bu ruh açılış mərasimlərində və idman arenalarının memarlığında öz əksini tapır.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova 

Paylaş
Şərh əlavə et