Bu gün:

Məzun gününə özəl saç modelləri



Məzuniyyət gecəsində geyinəcəyiniz paltarı müəyyən etmisiniz, amma hələ də uyğun saç düzümü seçməmisinizsə, bu təkliflərə nəzər sala bilərsiniz.

Dar at quyruğu

 Məqaləmizdəki saç düzümləri arasında, bəlkə də, ən müasir görünən model dar at quyruğudur.  Ön tərəfdən möhkəm yığılıb sabitlənən bu modeldə daha müasir görünüş əldə etmək istəyirsinizsə, arxa tərəf də düz olmalıdır. Həmçinin dar at quyruğu qalın atlaz və ya krem parçadan hazırlanmış kombinezonlara xüsusilə uyğun olacaq.

Saçın arxasından yığılmış balerina topuz

 Şübhəsiz ki, ən zərif seçimlərdən biridir. Qabaqdan bərkidilmiş dar bir balerina topuz bir çox romantik paltarlarla yaxşı gedir.  Balerina topuzunun ən vacib məqamı topuzu lazım olduğu qədər böyük etməmək və saçın üst hissəsini qabartmamaqdır.  Bu üslubda zərif görünüşünüzlə yanaşı dinamik bir modeliniz də olacaq.

Önü sabit dalğalı saçlar

Bu saç düzümü klassik dalğalı modeldən uzaqlaşmaq üçün yaxşı seçimdir.  Ön tərəfi saç düzəltmə çubuqları ilə bağlaya və zərif bir saç ipi ilə yığa bilərsiniz və ya saçın son bitiş yerini gizlədə bilərsiniz.

Dağınıq topuz

İllərdir dəbdən düşməyən saç düzümlərindən biri dağınıq topuzlardır. Xüsusilə, çox qabarıq olmayan, dalğalı saçlar öndə olmaqla çox ahəngdar bir görünüş əldə edə bilərsiniz.

Hörüklü saçlar

Son zamanlar artan "uşaq hörükləri" saçları arasında seçim edə bilərsiniz və ya bu cür daha geniş hörükləri modelinizə daxil edə bilərsiniz. Öndən hörülmüş hörukləri arxadan bir az yığılmış saç düzümü ilə birləşməsi çox dəbli  olur. Düz və ya dalğalı saçlarda istifadə edə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova 

Paylaş
Şərh əlavə et