Bu gün:

İlon Mask Liverpulu almaqda qərarlıdır


Dünyanın ən varlı adamı İlon Maskın Liverpulu alacağı iddiası idman dünyasını lərzəyə salıb. Qərb mediası bu təəccüblü xəbərlə çaş-baş qaldığı halda, Liverpul cəbhəsindən də açıqlama gəlib.


Bu iddia ilə amerikalı milyarder iş adamının atası Mask çıxış edib.

İlon Maskın nənəsinin Liverpulda doğulması və hələ də şəhərdə qohumlarının olması milyarder iş adamının bu klubla maraqlanmasının səbəbi kimi izah edilib. Məsələ dünya mediasında böyüyəndə Liverpul klubu açıqlama verməli olub. Liverpool-un sahibi olan Fenway Sports Group klubun satılmadığını söyləyib.


Fenway Sports Group 2010-cu ildə Liverpool klubunu 300 milyon funta satın alıb. Forbes jurnalı keçən il Liverpolu 4,3 milyard funt-sterlinq qiymətləndirib. Ancaq təqribən 350 milyard funt-sterlinq sərvəti olan İlon Maskın bu məbləği ödəməsinin çətin olmadığı bildirilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et