Bu gün:

Niyə Yaponiyada telefonlarda çəkim səsi söndürülmür?


Texnologiya və yenilik dedikdə ağıla ilk gələn ölkələrdən biri Yaponiyadır. 2000-ci illərin əvvəllərində "J" markalı telefonun J-SH04 modelinin buraxılması ilə kameralı telefonlar sürətlə geniş yayılmağa başladı.

Məxfilik pozuntularına qarşı tədbir görmək istəyən Yaponiyadakı telefon istehsalçıları çəkim səsinin söndürülə bilməyəcəyi standart modellər hazırlayıblar. Bu standart, istifadəçilərdən telefonlarını səssiz rejimə qoysalar belə, fotoşəkil çəkərkən səs çıxarmağı tələb edib. Xüsusilə iPhone kimi məşhur modellər bu qayda ilə işləməyə  başlayıb.


Sosial normalar və məxfilik həssaslığı

Bu fikir qanuni bir öhdəlik olmasa da, Yapon cəmiyyətinin şəxsi həyatın toxunulmazlığına həssaslığı bu təcrübənin davam etdirilməsinə şərait yaradıb. Şəxsi həyatın toxunulmazlığının pozulmasının qarşısını almaq üçün belə tədbirlərin görülməsi Yaponiyanın ictimai təhlükəsizliyini qorumaq səylərinin göstəricisi hesab olunub.


Məxfilik və təhlükəsizlik arasında balans

Yaponiyada çəkim səsi qaydası, məxfiliyi qorumaq və texnologiyadan sui-istifadənin qarşısını almaq üçün vacib bir addım kimi qəbul edilir. Bu qayda, texnologiya və məxfilik arasında həssas tarazlığı qorumağa yönəlmiş səylərlə Yaponiyanın sosial normalarına uyğunluq göstərir.


Çəkim səsini söndürə bilməməsi Yaponiyanın məxfiliyi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək əzmini əks etdirir. Bu cür tədbirlər texnologiyanın qaranlıq tərəfinə qarşı atılan mühüm addımlar sırasındadır.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et