
“Enfild” stadionundakı azarkeşlərin yaratdığı atmosferin futboldakı gücü yaxşı sənədləşdirilib. İllər ərzində “Liverpul” tərəfdarlarının enerjisi bir çox əfsanəvi qələbələrə təkan verib.
Lakin bazar günü əzəli rəqib “Mançester Yunayted”lə 2:2 hesablı heç-heçə zamanı stadiondakı sakitlik klubun öz oyunçularından birinə ünvanlanan istehza ilə müşayiət olundu.
Müqaviləsi iyun ayında başa çatacaq vitse-kapitan Trent Alexander-Arnoldun performansı və “Real Madrid” tərəfindən oyundan kənarlaşdırılması azarkeşlər arasında narazılığa səbəb oldu. Onun adı təhqiramiz formada çəkildi və mümkün qədər tez klubdan ayrılması ilə bağlı çağırışlar edildi.
Bu münasibət bütün azarkeşlər tərəfindən sərgilənməsə də, oyunun əvvəlində Alexander-Arnoldun ötürmə zamanı səhv etməsi stadionun əhəmiyyətli bir hissəsinin ona qarşı çıxış etməsinə səbəb oldu.
Mənbə: Bbc Sport
Tərcümə etdi: Müzəffər Quluzadə
