
Partlayış Yerin son 10 min ilin ən soyuq dövrlərindən birini yaşadığı Kiçik Buz dövrünün son anlarında baş verib.
Alimlər nəhayət ki, 1831-ci ildə şiddətlə püskürən və yaydığı kül buludları ilə Yer kürəsinin iqlimini soyudan sirli vulkanı müəyyən ediblər.
Tarixi qeydlərə görə, bu püskürmə 19-cu əsrin ən güclü vulkan püskürmələrindən biri olub. Partlayışla stratosferi dolduran intensiv kükürd dioksidi Şimal yarımkürəsində illik orta temperaturu təxminən 1 dərəcə azaldıb. Hadisə Yer kürəsinin son 10.000 ilin ən soyuq dövrlərindən birini yaşadığı Kiçik Buz Dövrünün son anlarında baş verib.
Bu nəhəng püskürmənin nə vaxt baş verdiyi məlum idi, lakin vulkanın yerini tapmaq mümkün olmayıb. Tədqiqatçılar bu yaxınlarda Qrenlandiyadakı buz nüvələrindən nümunələr götürərək, kükürd izotoplarını, kül dənələrini və 1831-1834-cü illər arasında çökmüş vulkanik şüşənin kiçik fraqmentlərini araşdıraraq bu tapmacanı həll etdilər.
Tədqiqatçılar buz nüvələrindəki hissəciklərin hərəkət trayektoriyalarını hesablayaraq, partlayışın Sakit Okeanın şimal-qərbindəki adada yerləşən vulkanda baş verdiyi qənaətinə gəliblər.
Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc edilmiş tədqiqat məqaləsinə əsasən, müəmmalı vulkan Rusiya ilə Yaponiya arasında mübahisəli ərazi olan Kuril adalarının Simuşir adasındakı Zavaritskii vulkanıdır.
Alimlərin yeni tapıntılarından əvvəl Zavaritskinin sonuncu püskürməsi eramızdan əvvəl baş verib. Eramızdan əvvəl 800-cü ildə baş verdiyi güman edilirdi.
İngiltərədə St Andrews Universitetinin Yer və Ətraf Mühit Elmləri Məktəbindən əsas tədqiqatçı Dr. William Hutchison “Bizim Yerdəki bir çox vulkanın püskürmə tarixi haqqında çox az məlumatımız var” dedi.
"Zavaritskii Yaponiya ilə Rusiya arasında olduqca uzaq bir adada yerləşir. Orada heç kim yaşamır və tarixi qeydlər bir neçə ildən bir bu adalardan keçən gəmilərin saxladığı az sayda gündəliklərlə məhdudlaşır", - Hutchison CNN-ə deyib.
Zavaritskinin 19-cu əsrdəki fəaliyyəti haqqında çox az məlumat tapıldığından, bu vulkanın 1831-ci ildə püskürməsinin mövzusu olduğuna şübhə edilmirdi.
Mənbə:euronews
Tərcümə etdi:Səma İsmayılova
