Biz bəzən obyektlərə verilən adların haradan gəldiyini düşünürük.
Çəngəldən ilk istifadə Yunanlara gedib çıxır və Bizanslılar və Fransızlar ondan 1500-cü illərin əvvəllərindən istifadə etməyə başlayıblar. Amerikalılar bu vərdişi sonralar, 18-ci əsrdə qəbul ediblər. Bu onu göstərib ki, çəngəl əvvəllər zərərsiz alət hesab olunurdu.
Bıçağın tarixi ondan ibarətdir ki, onun ümumiyyətlə silah kimi istifadə edildiyi görülüb, masalarda istifadəsi isə 1300-cü illərə təsadüf edib. Ancaq bəzi yerlərdə onun idarə edilməsinə nəzarət edildi və hətta Fransada 14-cü Lüdovik dövründə bir çox qadağalara məruz qaldı.
Bu üçü arasında qaşıq ən qədim tarixə malikdir. Əvvəllər dəniz qabıqları kimi müxtəlif materiallardan qaşıq kimi istifadə edilirdi. Zaman keçdikcə müasirləşdi və Roma dövründə indiki formasına çatdı. Onun xammalı zamanla dəyişdi; İlk qaşıqlar ümumiyətlə gildən, sonra ağacdan hazırlanmış qaşıqlar idi. Hal-hazırda qızıl, gümüş və ya titan kimi materiallardan hazırlanmış qaşıqları da görə bilərik.
Keçmişdə çəngəllər olmayanda nə istifadə olunurdu?
İnsanlar yüz il əvvəl ilk dəfə yemək bişirməyə başlayanda, itilənmiş daşlar və çubuqlar onların yeməyi parçalanmasına və isti yeməklərin yeyilməsinə kömək etdi. Qaşığın erkən inkişafına səbəb olan qabıqlar və içi boş heyvan buynuzları da geniş istifadə edilib.
Mənbə: amedtimes
Tərcümə etdi: Sona Osmanova
