Bu gün:

Daha gənc göstərən aksessuarlar


Olduğunuzdan daha gənc və dinamik görünmək üçün qarderobunuza bəzi aksessuarları əlavə etməlisiniz.

Həmçinin bu yolla obrazınız daha dəbli görünəcək. Şkafınızda mütləq olmalı aksessuarları təqdim edirik:

Rəngarəng şərflər, beretlər və papaqlar

Rəngarəng aksessuarlar həmişə sizi cavan göstərir. Onlar daha enerjili görünməyə kömək edir. Bundan əlavə, rəngli papaqlar və ipək şərflər sizi zərif və qəşəng göstərir.

Saç aksesuarları

Geyiminizə və üslubunuza uyğun seçilən rəngarəng saç bantları və çiçəkli saç sancaqlarından istifadə edə bilərsiniz. Ancaq saçlarınız üçün hərəkətli model seçməməyi məsləhət görürük, əks halda mürəkkəb bir imiciniz ola bilər.

Dəbli çantalar

Çanta mövzusunu heç vaxt xəfifə almayın. Çanta seçimləriniz yaşınıza illər əlavə edə və ya sizi daha gənc göstərə bilər. Beləliklə, çanta haqqında etməli olduğunuz tək şey dəbli və şıq olanı seçməkdir. Cəsarətli olun, canlı rənglər seçməkdən qorxmayın.

Saat

Saatınız sizin haqqınızda çox şey deyir. Saat seçərkən diqqətli və düzgün seçim etməlisiniz. Rəngarəng saatlar və ya fərqli detalı olan saatlar arasından seçim edə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş