
Şotlandiya Peşəkar Futbol Liqası (SPFL) azarkeşləri Şotlandiya Polisi ilə əməkdaşlığa çağıraraq, “Old Firm” derbisində “Seltik”in yarımmüdafiəçisi Arne Engelsə sikkə atan şəxsin müəyyənləşdirilməsi və həbsinə yardım etməyə çağırıb. Hadisə cümə axşamı “Reyncers”in ev sahibliyi etdiyi matç zamanı baş verib.
İdarəedici orqan iki Qlazqo klubuna qoşularaq, Şotlandiya Premyer Liqasının ən güclü iki komandası arasında keçirilən oyunda baş verən insidenti pisləyib. SPFL-in bəyanatında deyilir:
“Bu davranış tamamilə qəbuledilməzdir və biz bu cür məsuliyyətsiz, cinayət xarakterli əməllərə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi üçün görülən bütün tədbirləri tam dəstəkləyirik. Meydana bu cür əşyaların atılmasının təhlükələri açıq-aydındır və belə biabırçı hərəkətlərdə təqsirli bilinən şəxslər, futbola giriş qadağası da daxil olmaqla, məhkəmələr tərəfindən ciddi şəkildə cəzalandırılmalıdır.”
Mənbə: BBC Sport
Tərcümə etdi: Müzəffər Quluzadə
