Bu gün:

Tennis toplarının niyə tüklü olduğunu bilirdinizmi?


Tennis dünyada ən populyar idman növlərindən biridir. 100 ildən artıq tarixi olan bu idmanda bir çox detallar düşünülüb. Buraya topların tüklü olması da daxildir! Ancaq tennis matçlarını izləyən bir çox idman həvəskarı tennis toplarının niyə bu şəkildə istehsal edildiyini bilmir. Əslində, tennis topunun səthində incə tüklərin olmasının əsaslı səbəbi var! Bəs bu nədir? Gəlin birlikdə öyrənək. 


Mənşəyi 12-ci əsrə aid olan tennis ilk dəfə dəridən və ya parçadan hazırlanmış topla oynanılırdı. Lakin zaman keçdikcə bir çox idman növlərində olduğu kimi tennisdə də çox mühüm dəyişikliklər baş verdi. Oyun getdikcə populyarlaşarkən, tennis toplarının istehsal prosesinə fərqli bir çərçivədən yanaşıldı və bügünkü tüklü səthə malik topa çevrildi.


Buna görə də, eyni quruluşa malik topların tennisdə az qala 1870-ci illərdən istifadə edilməsi sizi təəccübləndirə bilər. Çünki Beynəlxalq Tennis Federasiyası (ITF) əvvəllər tennis topunun diametri, rəngi və teksturası ilə bağlı bəzi qərarlar verib və onları standartlaşdırıb.


Bu gün standart sayılan və orta ölçüsü 6,8 sm olan tennis toplarının xarici örtüyü keçədən hazırlanır.


Bəs bu topu yenidən dizayn edərkən niyə tüklü səth seçildi?

Əslində, bu tüklü quruluş aerodinamik sürtünmə kimi tanınan səth sahəsinin sürüklənməsini artırmaq üçün nəzərdə tutulmuşdur.

Beləliklə, tennis topunun keçə ilə örtülməsinin səbəbi meydançadakı aerodinamik sürtünmə qüvvəsini azaltmaq və topa vurmağı daha təsirli etmək idi!


Bundan əlavə, bu tüklü quruluş sayəsində hava topun səthi üzərində daha yavaş hərəkət edə bilərdi. Bu, tennis matçlarını daha maraqlı etdi.

Əgər siz düz səthə malik başqa bir topla tennis oynamağa cəhd etsəniz, raketlə vurduğunuz topun kifayət qədər sürətli və uzaqlara gedəcəyini görə bilərsiniz. Bu şəkildə tennis oynamaq mümkün olmadığı üçün tennis toplarında tüklü quruluşa üstünlük verilir.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et