Bu gün:

Apple və Samsung yeni smartfonlarını tanıdacaq


Apple və Samsung bu il daha incə və yüksək səviyyəli smartfonlarını təqdim etməyə hazırlaşır. Koreyadan gələn yeni məlumatlara görə, hər iki şirkət istifadəçilərinə daha yüngül və incə dizaynlı telefonlar təqdim edəcək.

Apple İPhone 16 Plus modelini əvəz edəcək, yeni iPhone 17 Air modelini təqdim edəcək. Maraqlıdır ki, iPhone 17 Air, iPhone 16 Plus ilə eyni qiymətə satışa çıxacaq. Bu, istifadəçilərə əlavə ödəniş etmədən daha incə dizayn təklif edəcək. iPhone 17 Air 6,25 mm qalınlığında olacaq ki, bu da əvvəlki modellərdən bir qədər qalındır.

Digər tərəfdən, Samsung Galaxy S25 Slim modelinin qalınlığı təxminən 6,5 mm olacaq və bu modelin təqdimatı Samsung-un növbəti Unpacked tədbirində gözlənilir. Galaxy S25 Slim-in satışa çıxması isə bir neçə ay sonra olacaq. Galaxy S25 Slim, Galaxy S25 Ultra-dan daha ucuz olacaq və bu modelin qiyməti Galaxy S25+ ilə müqayisədə bir qədər baha olacaq.

Apple-ın iPhone 17 Air modeli sentyabr ayında iPhone 17 seriyasının digər modelləri ilə birlikdə təqdim ediləcək. Samsung isə Galaxy S25 Slim modelini bu ayın sonunda keçiriləcək tədbirində tanıdacaq.

Mənbə: GSMarena 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et