İtaliya Superkubokunun yarımfinalında “İnter” “Atalanta”ya 2:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Bu mövsüm A Seriyasında çempionluq uğrunda mübarizə aparan "İnter" və "Atalanta" bu dəfə İtaliya Superkubokunun yarımfinalında üz-üzə gəlib.
TRT SPOR-da yayımlanan matçda Denzel Dumfriesin 49 və 61-ci dəqiqələrdə vurduğu qollarla "İnter" 2-0 qalib gəlib. Bu nəticə ilə "İnter" adını Superkubokun finalına yazdırıb.
“İnter”in finaldakı rəqibi “Yuventus” – “Milan” matçının qalibi olacaq. Milli futbolçu Hakan Çalhanoğlu "İnter"in heyətində 11-ci dəqiqədə başladığı matçda 68 dəqiqə oyunda qalıb.
İtaliya Superkubokunun yarımfinal mərhələsində "İnter"in finaldakı rəqibi olmaq üçün bu gün saat 22.00-da "Yuventus" və "Milan" üz-üzə gələcək. Qarşılaşma TRT SPOR-dan canlı yayımlanacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli