Bu gün:

“Honda”, “Nissan” və “Mitsubishi”dən böyük ortaqlıq


Yaponiyanın avtomobil sənayesindəki üç nəhəng ad “Honda”, “Nissan” və “Mitsubişi” qlobal avtomobil dünyasındakı tarazlığı dəyişdirəcək böyük bir ortaqlıq üçün bir araya gəlib.

Bu əməkdaşlıqla Toyota və “Volkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil qrupu formalaşacaq.


Biznesin inteqrasiyası prosesi ilə bağlı yekun qərarın 2025-ci ilin yanvarına qədər əldə edilməsi və 2026-cı ilə qədər yeni holdinqin həyata keçirilməsi planlaşdırılır. Bu inkişaf avtomobil sənayesində son illərdə həyata keçirilən ən əhatəli yenidənqurmalardan biri kimi önə çıxır.


Honda Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısıdır, Nissan isə üçüncü yerdədir. Üç şirkətin birləşməsi ilə yaradılacaq yeni holdinqin məqsədi illik 30 trilyon yen (təxminən 191 milyard dollar) satış gəliri əldə etmək və 3 trilyon yendən artıq əməliyyat gəlirinə nail olmaqdır.


“Honda”nın bazar dəyəri 40 milyard dolları keçdiyi halda, “Nissan”ın 10 milyard dollar olduğu bilinir. Tərəfdaşlıq sayəsində xərclərin azaldılması, istehsal gücünün artırılması və diqqətin elektromobil texnologiyalarına yönəldilməsi planlaşdırılır.


2026-cı ilə qədər yaradılması gözlənilən holdinq elektrik avtomobil istehsalı və rəqəmsal transformasiya layihələrində aparıcı rol oynayacaq. Şirkətlər davamlı mobillik və innovativ texnologiyalara investisiyaları ilə sektorda rəqabət üstünlüyü əldə etməyi hədəfləyirlər.


Sənayedə dönüş nöqtəsi

Bu birləşmə “Fiat Chrysler Automobiles” və “PSA-nın Stellantis” birlik altında birləşməsindən sonra avtomobil dünyasında ən böyük ortaqlıq olacaq. Elektrikli avtomobil istehsalından avtonom sürmə texnologiyalarına qədər geniş bir sahədə işləyəcək bu yeni geri dönüş sənayenin gələcəyini formalaşdıracaq.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et