
“Heç kim onu əvəz edə bilməz. O, dünyanın ən yaxşı oyunçularından biridir.”
Gabriel Martinellinin Bukayo Saka haqqında söylədiyi bu sözlər Arsenalın İngiltərəli cinah oyunçusundan nə qədər asılı olduğunu açıq şəkildə göstərir. Saka omba zədəsi səbəbilə meydana çıxmadığı müddətdə, komanda onun yoxluğunu hiss etməyə davam edəcək. Belə vəziyyətdə Arsenalın hücum xətti, Sakanı əvəz etmək üçün daha çox məsuliyyət götürməli olacaq.
Brentford üzərində 3:1 hesablı qələbədə, Mikel Merinonun qolu hər iki tərəfdən Gabriel Jesus və Martinellinin qolları ilə dəstəkləndi. Amma bu oyunda diqqət mərkəzində olan, hücumun üçüncü üzvü – 17 yaşlı Ethan Nvaneri idi. Premyer Liqada ilk dəfə start heyətində meydana çıxan Nvaneri heyranedici performans sərgilədi.
İki il əvvəl, cəmi 15 yaşında Premyer Liqada debüt edən və bu mövsümdə artıq 10 dəfə oyuna sonradan daxil olan Nvaneri, Brentforda qarşı matçda əsl fərq yaradan ad oldu. Onun 3 dəqiqə yarım ərzindəki aktivliyi Arsenalın iki qolunun yaradılmasında əsas rol oynadı. O cümlədən, künc zərbəsi Merinonun qol vurmasına imkan yaratdı.
Emma Smith qeyd edir ki, Nvanerinin performansı “Arsenal” üçün gələcək ümidlərin əsasını təşkil edə bilər.
Mənbə: bbc sport
Tərcümə etdi: Müzəffər Quluzadə
