Bu gün:

Mütləq izlənilməli 3 maraqlı film


Filmlərə baxmağı sevirsiniz, amma nəyə baxacağınızı bilmirsiniz? Bu siyahıda sizin üçün maraqlı olacaq filmləri bir araya gətirdik. Ən təsirli filmlərin yer aldığı siyahı bitdikdən sonra ruhunuzda iz buraxacaq.

 

Həyat  gözəldir (IMDb: 8.6)

İkinci Dünya Müharibəsi illərində ata və oğlunun yəhudi düşərgələrində yaşadıqları ağrılı xatirələrdən bəhs edən “Həyat gözəldir” filmi ürəyinizi isidəcək filmlərdəndir. Balaca oğlunu hər cür ağrıya, çətinliklərə baxmayaraq, sevindirməyə cəhd edən ata vəziyyəti bir az da yaxşılaşdırmağa çalışır.


Ölü şairlər cəmiyyəti (IMDb: 8.1)

Dini məktəbdə təhsil alan bir qrup tələbənin həyatı yeni təyin olunan müəllimdən sonra tamamilə dəyişəcək. Mütləq izlənilməli filmlər siyahısında olan "Ölü şairlər cəmiyyəti" filminə baxdıqdan sonra onun ruhunuza toxunduğunu hiss edəcəksiniz.


Ümidini itirmə (IMDb: 8.0)

Həyat yoldaşından boşanıb oğluna sadiq bir atanın çətin hekayəsindən bəhs edən "Ümidini itirmə" filmi motivasiya filmləri arasında ən birinci yerdə durur. Gərgin dram ilə ambisiya və əzmkarlığı birləşdirən əla filmdir. Bundan əlavə, Uill Smitin baş rolda olduğu bu filmdə onun əsl oğlu oğlu rolunu öz üzərinə götürüb.


Mənbə: Lafmacun

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et