Honor, Magic7 seriyasının dördüncü modeli olan Magic7 Lite-ı təqdim edib.
Bu yeni model, Avropa bazarı üçün Honor X9c-nin daha brend versiyasıdır və əsasən, eyni texniki xüsusiyyətlərə malikdir.
Magic7 Lite, IP64 sertifikatı ilə su və toza qarşı qorunur. X9c isə daha yüksək IP65M dərəcəsi ilə 360° su təhlükələrinə qarşı əlavə qoruma təqdim edir. Telefonun əsas xüsusiyyətləri arasında 6.78 düymlük AMOLED ekran (FHD+ 120 Hz), Snapdragon 6 Gen 1 çipseti və 108 MP əsas kamera yer alır. Həmçinin, 6,600 mAh silikon-karbon batareya və 66W sürətli enerji doldurma dəstəyi mövcuddur.
Magic7 Lite, Titanium Bənövşəyi və Titanium Qara rənglərində təqdim olunur. 8/512GB yaddaş versiyası £399 qiymətindədir. Böyük Britaniyada çatdırılmalar 15 yanvar tarixindən başlayacaq.
Mənbə: GSMarena
Tərcümə etdi: Zeynəb Yunuszadə
