"Liverpul"dan ayrılmaq istədiyi deyilən Trent Alexander-Arnoldun yeni ünvanı bəlli olub. Real Madrid ulduzu sağ cinah müdafiəçisini yanvarda transfer etmək istəyir.
Liverpuldan ayrılmaq istədiyi və müqaviləsinin son ilində olduğu iddia edilən Trent Alexander-Arnoldun transferində vəziyyət aydınlaşdırılır. Real Madridin heyətinə qatılacağı dəqiq hesab edilən futbolçunun transfer prosesi mərhələ-mərhələ sona çatır.
Madrid klubu yanvarda müqavilə imzalayaraq 26 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmağı hədəfləyir, həmçinin futbolçu ilə prinsipial razılığa gəlməyi və ilkin müqavilə imzalamağı planlaşdırır.
Alexander-Arnold bu mövsüm "Liverpul"un heyətində 23 matçda iştirak edib. İngilis futbolçu 2 qol və 10 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
