Bu gün:

Samsung Galaxy A56-nın xüsusiyyətləri və qiyməti sızdı


Samsung mart ayında Galaxy A55 modelini təqdim etmişdi və artıq onun yeni versiyası olan Galaxy A56 haqqında bir çox məlumat sızmağa başlayıb. Bu, cihazın buraxılışına hazırlıqların son mərhələsində olduğunu göstərir.

X sosial şəbəkəsində sızdırılan məlumata görə, Galaxy A56, Exynos 1580 çipi ilə təchiz olunacaq. Cihaz, FHD+ əksetmə qabiliyyəti və 120 Hz yeniləmə sürətinə malik AMOLED ekranla gələcək. Telefonun dizaynında alüminium çərçivə və şüşə arxa fon istifadə ediləcək.

Kameralarla bağlı məlumatlara gəldikdə isə, Galaxy A56-nın arxa hissəsində 50 MP-lik əsas kamera, 12 MP-lik ultrageniş və 5 MP-lik makro kameralar olacaq. Selfie çəkilişləri üçün isə 12 MP-lik ön kamera təqdim ediləcək. Telefon 8/12 GB RAM və 128/256 GB yaddaş variantları ilə gələcək. Batareya gücü 5,000 mAh olacaq və 45W sürətli enerji doldurma dəstəyi təklif ediləcək.

Böyük Britaniyada Galaxy A56-nın qiyməti 439 funt sterlinq olaraq açıqlanıb ki, bu da onun əvvəlki modelinin qiyməti ilə eynidir. Bu, cihazın digər bazarlarda da eyni qiymətlə təqdim ediləcəyi ehtimalını gücləndirir.

Mənbə: GSMarena 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et