Bu gün:

Sürətkublaşdırma: Xoşbəxtliyə aparan retro hobbi


Noyabr ayında Coventri şəhərində keçirilən Rubik kubunun sürətkublaşdırma çempionatı 500 iştirakçını bir araya gətirib. Yeniyetmə Ceyms Alonso 3x3 kubu orta hesabla 6,3 saniyəyə həll edərək qalib olub.

1974-cü ildə Ernö Rubik tərəfindən ixtira edilən Rubik kubu bu gün qlobal fenomenə çevrilib. 2023-cü ildə satışlar 86,6 milyon dollara çatıb və sürətkublaşdırma hobbi olaraq geniş yayılıb.

Elm adamları sürətkublaşdırmanın yalnız əyləncə deyil, həm də rifah üçün faydalı olduğunu bildirir. Bu fəaliyyət kognitiv bacarıqları gücləndirir, sosial əlaqələri artırır və "flow" adlanan meditativ bir vəziyyət yaradır.

Psixoloqlar sürətkublaşdırmanın həm emosional təcrübələrə, həm də həyat məqsədinə töhfə verdiyini vurğulayır. Həm fərdi, həm də sosial aspektləri ilə bu hobbi insanlara xoşbəxtlik və məmnunluq bəxş edir.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et