Bu gün:

Sİ inkişaf etdikcə İT mütəxəssisləri hansı yeni biliklərə və bacarıqlara yiyələnməlidirlər?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı IT mütəxəssisi Elvin Abbasovdur. O, İT sahəsindəki yeni bilik və bacarıqlardan danışıb.

Süni intellekt(Sİ) inkişaf etdikcə, IT mütəxəssisləri hansı yeni biliklərə və bacarıqlara yiyələnməlidir? Süni intellekt sistemlərinin təlimi və etikası ilə bağlı sahələr artacaqmı?

Süni intellekt texnologiyaları hazırda dinamik inkişaf edir. Müxtəlif Sİ alətləri var və bu alətlərdən bəziləri akademik, bəziləri isə multi modellərdir. Multi modellər fotoşəkil, video və yazı emal edirlər. Həmçinin yazı ilə emal olunanlar da ayrılıqda bəzi kateqoriyalara bölünür. İstər İT əməkdaşları, istər qeyri İT əməkdaşları olsun, hər birinə uyğun Sİ alətləri var və bu o deməkdir ki, bizim gündəlik iş potensiyalımız və işimizin keyfiyyəti daha da artacaq. Bunun müsbət tərəfi odur ki, vaxtımızın çoxu özümüzə qalacaq, işlərimizi sürətli və keyfiyyətli həll edə biləcəyik. Buna görə də İT əməkdaşları Sİ alətlərindən istifadə edərək öz işlərini daha da peşəkarlaşdırmalıdırlar. Bu istiqamətdə təkcə İT əməkdaşları yox, həmçinin digər ixtisaslar da Sİ alətlərinə yiyələnməli və yaxşı istifadə etməlidirlər ki, gələcəkdə Azərbaycanda süni intellekt istifadə etmək bacarıqları yaransın. Bu bacarıqlar bizim həyatımıza təsir göstərəcək.


Günay Ələskərova

Paylaş
Şərh əlavə et