24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı psixoloq Ülkər Musayevadır. Psixoloq travma sonrası stress pozuntusunun müalicəsindən danışıb.
-Travma sonrası stress pozuntusunun (TSSP) müalicəsində hansı yanaşma daha effektivdir?
-Bütün insanlar ciddi bir travmatik hadisədən sonra narahat reaksiyalar yaşayarkən, posttravmatik stress pozğunluğunda bu əlamətlər və mənfi reaksiyalar uzun müddət davam edərək gündəlik həyata təsir göstərməyə və fəaliyyəti pozmağa başlayır. TSSP-dən xilas olanlar travmatik təcrübələri nəticəsində güclü qorxu, nəzarətsizlik və çarəsizlik hissləri yaşayırlar.
Təəssüf ki, TSSP-dən əziyyət çəkən bir çox insan müalicə almır, çünki onlar travmatik təcrübələri haqqında danışmaqdan və simptomlarını oyadan hər bir şeydən qaçmaq istəyirlər. Kömək istəyənlər üçün EMDR terapiyası (Eye Movement Desensitization and Reprocessing) yaxşı metod olaraq seçilir.
EMDR terapiyası ikitərəfli stimullaşdırma vasitəsilə insani travmatik hadisəyə qarşı həssaslaşdırır və travmatik hadisənin təsirini aradan qaldırır. Qısa müddətli və təsirli bir texnika olduğu üçün tez bir həll yoludur.
EMDR terapiyası - travma sonrası stress pozuntusu, təşviş, fobiya və digər psixoloji problemlərin müalicəsində effektiv üsuldur.
Bu terapiya növü, travmatik xatirələri təkrar emal etməyə və emosional yükü azaltmağa kömək edir.
Bu terapiyanın məqsədi insanın travmatik xatirələri ilə üzləşmək və bu xatirələrlə bağlı düşüncə və hisslərini dəyişməkdir.
EMDR terapiyası sürətli göz hərəkətləri, səslər və ya toxunma stimullarından istifadə edərək, beynin çevik məlumat emalını sürətləndirməyə kömək edir.
Aysel Aslanova
