Hər kəs həyatını daha hüzurlu yaşamaq istəyir və bunun üçün yeni vərdişlər axtarışında olur. Dəyişim üçün hər zaman uyğun vaxt var. Sadəcə hərəkətə keçmək lazımdır. Dəyişim həyatımıza hüzurlu anlar qatır və edəcəyiniz işləri təxirə salmamağa kömək edir. Həyatınızı maraqlı yaşamaq və zamanınızı səmərəli keçirmək istəyirsinizsə, yataqdan qalxmaq lazımdır.
Sağlam qidalanmaq vacibdir
Enerjinizin bol olması üçün sağlam qidalanmaq əsasdır. Ola bilsin ki, enerjinizin çox hissəsini alkoqol, siqaret çəkməyə və yağlı qidalara sərf edirsiniz. Yalnız bunu unutmaq olmaz ki, sağlam ruha, bədənə və düşüncəyə sahib olmaq üçün yararlı qidalar həyatımızda əsas rol oynayır. Hamının tərgitməsi lazım olan vərdişləri var. Sizə uyğun olan hər hansı bir sağlam qidalanmaq planı hazırlaya bilərsiniz.
İdmana başlayın
Bədəninizin tarazlığını və sağlamlığını qorumaq zehni sağlamlıq baxımından vacibdir. Yorğun bədəndən bir az ruh çıxarmaq üçün əvvəlcə bədəni silkələməlisiniz! Sizin üçün uyğun olan hər hansısa hərəkətli üsullardan yararlanın: yoga, qaçış, rəqs və s.ağlınıza nə gəlirsə, gün ərzində daha çox hərəkət etməyə çalışın. Güzgü qarşısında rəqs edin, işə gedin, lift əvəzinə bir dəfə pilləkənlərlə qalxın və ya idman zalında müntəzəm olaraq məşq edin.
Sosial həyatınızı qaydasına salın
Sizi incidən və enerjinizi alan insanlarla bütün münasibətləri kəsin. Mənfi baxışları olan, təkəbbürlü və ortaq bir şeyiniz olmayan insanlarla danışmağa çalışmayın. Ayrılmağı və "yox"deməyi öyrənin. Neqativ düşünən, nankor və təkəbbürlü olan insanlardan uzaq qalın. Çünki o cür insanlar sizin həyatınıza mənfi təsir göstərəcək və istəmsizcə daxilinizdə boşluq hiss edəcəksiniz. Ən önəmlisi özünüzü sevin, kəşf edin, bacarıqlarınızı inkişaf etdirin.Əgər içinizdə dəyişmək üçün inam varsa, siz bu yolda məqsədinizə çatacaqsınız.
Mənbə: Həyat
Tərcümə etdi:Tərlanə Abdullayeva
