24Media.az-ın növbəti qonağı psixoloq Aysun Alyarovadır. O, depressiya və emosional boşluğun nədən qaynaqlandığından danışıb.
-Depressiya və emosional boşluq arasında hansı fərqlər var?

Depressiyanın diaqnozu psixiatr tərəfindən qoyulur. Simptomları həddindən artıq yorğunluq, iştahanın azalması yaxud artması, yuxu problemləri, dəyərsizlik hissi, maraq və zövqün itirilməsi, hətta intihar düşüncələridir. Adətən həftələrdən aylaradək davam edə bilər və müalicə edilməzsə, daha da ağırlaşa bilər.
Depressiya biokimyəvi, genetik, psixoloji və ya ekoloji səbəblərdən qaynaqlana bilər.
Emosional boşluq isə çox vaxt keçici, müvəqqəti bir vəziyyətdir və müəyyən bir hadisədən (itki, stress, dəyişiklik) qaynaqlana bilər. Məna itkisi, motivasiya əskikliyi, "boşluq" hissi olur, lakin depressiyadakı kimi ciddi simptomlar müşahidə olunmur. Əksər hallarda həyatdakı mənasızlıq hissi və ya emosional ehtiyacların təmin olunmaması ilə əlaqəlidir. Emosional boşluq daha qısa müddətli olur və emosional dəstək və ya müəyyən bir dəyişikliklə aradan qalxa bilər.
Aysel Qasımova
