Bu gün:

İstedad əlaməti olan sarkazm nədir?



Sarkazm bir növ mülayim kimi müəyyən edilə bilər. Bu, ifadənin düz və hərfi mənasının fərqli olduğu vəziyyətdir. Sarkastik söhbətlər aşağı qiymətləndirmə, istehza və əyləncə məqsədi ilə edilir. Nə demək istədiyinizi bir az dolayı yolla və zaman-zaman yüngül iynələmə ilə ifadə etməyə çalışmaq da demək olar. 

İnternetdə gəzərkən müdir tərəfindən tutulan işçiyə müdirin səmimi şəkildə “bu qədər çox çalışma” deməsi sarkazm nümunəsidir. Davranışşünas alimlərin fikrincə, sarkazma məruz qalan və sarkazm edən şəxsin yaradıcılığında irəliləyiş olur. Təbii ki, bunu edərkən həddi aşmamaq da vacibdir. "Sarkazm edəcəm" deyəndə, qabardıb qarşındakı insan tərəfindən səhv başa düşülə bilərsən. 

Sarkazm həm də tənqid, aşağılama, bəzən hətta tərif üçün də istifadə olunur. Harvardda aparılan araşdırmaya görə, sarkazm zəkanın ən aktiv və ən yüksək istifadəsidir. Araşdırma zamanı iştirakçılar sarkazmla onlara verilən göstərişlərə əməl etdikdə onların yaradıcılıq qabiliyyətlərinin artdığı müşahidə olunub. Yaradıcılıqda oxşar artım eyni zamanda sarkazma məruz qalanlarda da müşahidə olunub. Sarkastik danışmağın və sarkastik nitqi tam başa düşməyin yolu mücərrəd və stereotiplərə bağlanmadan düşünməkdir.

Sarkastik Düşünmək!

O da məlumdur ki, sarkastik komplimentlər həm söhbətin gedişatını müsbətə doğru dəyişir, həm də məruz qalan insanda özünə inamı artırır. Tənqid məqsədi ilə edilən sarkazmda da oxşar hallar müşahidə olunur.

Sarkazm bir növ beyin məşqidir! 

Nəticə etibarı ilə sarkazm zəkanın, yaradıcılığın göstəricisidir və bütün bunların inkişafında mühüm rol oynayır. O, həm də insanlara əyləncəli şəkildə özünü tənqid etməyə imkan verir. Bu, sürətli düşünməyə səbəb olur və bütün amillər sarkazmın insan potensialını necə artıra biləcəyi barədə fikirlər təklif edir.

Mənbə: Tulomsas.com.tr

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et