Bu gün:

2025-ci ildə İtaliyada istirahət parlaq bir fikir olmaya bilər


2025-ci ilin yayında İtaliyada gözlənilən turizm bumu səyahət planlarınıza təsir göstərə bilər. Ölkə hər 25 ildən bir keçirilən böyük dini tədbir səbəbilə görünməmiş sayda ziyarətçiyə hazırlaşır. İtaliyanın Milli Turizm Tədqiqatları İnstitutunun proqnozlarına görə, 2025-ci ildə ölkəyə 35 milyon turist gələcək. Bu rəqəm, 2024-cü ildə qeydə alınan 13 milyon ziyarətçidən təxminən üç dəfə çoxdur.

Condé Nast tərəfindən yayımlanan hesabatda bildirilir ki, 2025-ci il həm də “Müqəddəs İl” kimi tanınan Yubiley İli olacaq. Bu, Roma və Vatikana günahlarının bağışlanmasını istəmək üçün axın edən katolik ibadətçiləri üçün əlamətdar bir hadisədir. Hesabatda vurğulanır ki, bu dövr ərzində Roma katolik inancı və ənənələri üçün “mərkəz nöqtəsinə” çevrilir. Hər 25 ildən bir keçirilən bu Yubiley İli 2024-cü ilin Milad ərəfəsində başlayacaq və 2026-cı il yanvarın 6-da sona çatacaq.

Əgər 2025-ci ildə İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, izdihamı idarə etmək və səfərinizdən maksimum zövq almaq üçün ciddi hazırlıq görmək çox vacibdir.


Mənbə: m.economictimes.com
Tərcümə etdi: Nazrin Humbat

Paylaş
Şərh əlavə et