Bu gün:

İnsanı necə tanımaq olar?


Həyatımızda fərqli insanlarla tanış oluruq. Bəzi insanlar həyatımızın önəmli hissəsi olur ,bəziləri isə bizim üçün o qədərdə önəm kəsb etmir. Amma ən çox zərbə aldığımız insanlar həyatımızın önəmli parçası olanlardır. İnsanı tanımağa illər yetməz. Amma sizə tövsiyə edəcəyim üsullarla yeni tanıdığınız insanın xarakterini asanlıqla analiz edə bilərsiniz.

1. Görüş zamanı ofisianta müraciət formasından aydınlaşdırmaq mümkündür:

Bu çox vacib bir meyardır. Bəzi insanlar onlara edilən xidmətə görə pul ödədiyini düşünmür, ona xidmət edən insanları pulla satın alacağını düşünür. Yeni tanış olduğunuz şəxs  burada yazılanlarla eynidirsə, onları həyatınızdan çıxarın .

2. Birlikdə səyahətə çıxın.

Onu daha yaxşı tanımaq üçün birlikdə vaxt keçirmək gözəldir.Qısa və ya uzun müddətli səyahətə çıxmaq onu tanımağa imkan yaradacaq.

3. Ailəsinə və dostlarınışına davranışından:

Onun tərbiyəsi və mədəniyyəti vacibdir, bunu bilirsiniz. Ən yaxınlarına belə hörmət etməyən bir insandan sizə hörmət etməyini gözləməyin.

4. Pis gündə yanınızda olub-olmamasından:

Bədbəxt hadisədən çox məyus ola bilərsiniz .ALLAH qorusun, kimisə itirmisiniz və s.əgər onun çox vacib bir işi  yoxdursa və o sizinlə deyilsə, deyə bilərik ki, artıq həqiqəti hiss edirsən.

5.Xəyalları, maraq dairəsi və məşğul olduğu fəaliyyətlərdən:

İnsan boş olduqda, ən çox maraq dairəsinə aid olan məşğulliyətləri etmək istəyir. İnsanın maraq dairəsi onun iç dünyasını açır.

6. Heyvanlara göstərdiyi davranışdan:

Əlbəttə ki, heyvanları sevən hər kəsin sakittəbiətli, mehriban insanlardır. Əhəmiyyətli olan,  həmin insanın özündən başqa varlıqlarla necə davranmasıdır. 

Mənbə: Onedio

Təcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et