Bu gün:

"Benfika" Portuqaliyada liderdir


Portuqaliya Liqasında çempionluq yarışı nəfəs kəsicidir. Milli futbolçularımız Kerem Aktürkoğlu və Orkun Kökçünün çıxış etdiyi “Benfika” liderliyi “Sportinq”dən alıb.

Avropada çempionluq yarışı gərgin mübarizənin şahidi olur.

Qitənin önəmli liqalarından olan Portuqaliyada liderlik bu həftə əl dəyişdirib. İkinci həftədən zirvədə olan "Sportinq" yerini "Benfika"ya təhvil verib.

Kərəm Aktürkoğlu və Orkun Kökçünün yer aldığı Lissabon komandası son 11 matçın 10-da qələbə qazanmağı bacarıb. Kerem 11 oyunluq bu macərada 6 qol və 5 məhsuldar ötürmə ilə komandasını zirvələrə aparan aparıcı adlardan biri olub.

Son çempion "Sportinq" mövsümə yenidən fırtına kimi başlayıb. Yaşıl-ağlılar Rubem Amorimlə liqanın ilk 11 həftəsində keçirdiyi bütün matçlarda qalib gəlib, portuqaliyalı baş məşqçi isə noyabrda “Mançester Yunayted”in başına keçib.

Bu ayrılıq həm gənc məşqçiyə, həm də “Sportinq”ə xeyir verməyib. Komandanın başına keçən Joao Pereyra Lissabon komandası ilə 4 liqa matçında 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə liderliyi əzəli rəqibi "Benfika"ya uduzub.

Sporting ilk 15 həftədə 37 xal toplayıb və liderdən 1 xal geri qalır. Komandanın hücumçusu Qyökeres liqanın ilk 10 həftəsində 16 qol vursa da, son 5 həftədə cəmi iki dəfə fərqlənib.

Son 11 mövsümdə cəmi 3 dəfə çempion olan "Porto" lider "Benfika"nı izləməyə davam edir. Vitor Brunonun komandası 37 xal və top fərqi ilə 3-cü pillədə qərarlaşıb.

Liqanın 16-cı həftəsində zirvə uğrunda mübarizəyə birbaşa aidiyyəti olan qarşılaşma keçiriləcək. Bazar günü, yəni dekabrın 29-da lider "Benfika" 1 xal geridə olan "Sportinq"i qəbul edəcək.


Mənbə: TRT Haber


Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et