Bu gün:

Dünyanın ən uzun müddət ac qalan insanı


Ac qalaraq arıqlamaq tarix boyu tez-tez istifadə edilən bir üsuldur. Ancaq uzun müddətli aclıq bir çox mütəxəssislər tərəfindən dəstəklənmir. Dünyanın ən uzun aclığını yaşayan Anqus Barbieri 1965-ci ildə 207 kiloqram idi. Arıqlamaqda qərarlı olan Barbieri o dövrdə həkimlərin tövsiyə etdiyi maraqlı pəhriz proqramını qəbul edib.

Sadəcə vitamin və maye qəbul edib 

1965-ci ildə 27 yaşlı şotlandiyalı Angus Barbieri artıq çəkidən şikayət edərək Dandi Universitetinin Tibb Fakültəsinə müraciət etdi. Müraciət etdiyi vaxt Barbierinin çəkisi 207 kiloqram idi. Həkimlərinin məsləhəti ilə o, tez arıqlamaq üçün 40 gün aclıq pəhrizinə başladı. 

40 gün ərzində arıqladığını görən Angus Barbieri bu aclığını davam etdirmək istədiyini və ideal çəkisi 82 olana qədər istəkli olduğunu bildirib. Həkimlər Barbierinin daimi müşahidədə olması şərti ilə onun istəyini qəbul ediblər. 

Metod ilərləyən dövrlərdə tətbiq olunmadı

Barbieri aclıq zamanı çox vaxt evdə qalırdı. Qalan vaxtda o, xəstəxanaya gedib həkimlərin lazım bildiyi analizlərdən keçib. Həkimlər Barbierini daim müşahidə altında saxlayıblar. Bunun səbəbi bu cür uzunmüddətli aclıq pəhrizlərində çoxlu sənədləşdirilmiş aclıqdan ölüm hallarının olmasıdır. Bu ölümlər Barbieri kimi arıqlamaq istəyəmlərdə baş vermişdi. Aclıq zamanı 2 nəfər ürək çatışmazlığından, 1 nəfər nazik bağırsaq tıxanıqlığından, 2 nəfər aclıq bitdikdən sonra təkrar qidalanma sindromundan dünyasını dəyişib. 

82 kiloya qədər arıqladı 

Sonrakı dövrlərdə həkimlərin məsləhəti ilə Barbieri müxtəlif vitaminlər və natrium və kalium əlavələrindən istifadə edib. Bu müddət ərzində o, mineral su, şəkərsiz çay və qəhvə kimi kalorisiz mayelər qəbul edib. Barbierinin qan şəkəri aşağı düşmüş və o, 37 ilə 48 gün arasında yalnız bir dəfə ayaqyoluan gedə bilmişdi. Ancaq bu vəziyyət uzun müddət davam etdikdə və maddələr mübadiləsinin sürəti yavaşlamağa alışdıqda heç bir mənfi təsir yaratmadı. 11 iyul 1966-cı ildə Angus Barbieri 125 kilo arıqladı və aclığını 82 kilo ilə tamamladı. 

382 günün sonunda səhər yeməyini bir dilim çörək, yumurta və qəhvə ilə yeyib

382 günlük aclıqdan sonra səhər yeməyini bir dilim yağlı çörək, bir qaynadılmış yumurta və bir fincan qəhvə ilə edib. Barbieri yeməkdən çox həzz aldığını və çox tox olduğunu bildirib. O dövrdə tədqiqatçılar bu mövzuda araşdırmalar dərc etdilər. Bu araşdırmaya görə, 117 gün ac qalmaq obezite üçün təsirli bir müalicə idi. Ancaq bu araşdırmaya məruz qalan insanların bəziləri bu dövrü tamamlaya bildi. Yenidən yemək dövrlərində ölümlər baş verdi. 1970-ci illərdə bu metodun ölüm nisbətini artırması qərara alındı və tətbiqindən imtina edildi.

Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et