İspaniya futbolunun köklü klublarından olan Real Betis təkcə futbolu ilə deyil, həm də azarkeşlərinin sosial məsuliyyət layihələrinə verdiyi töhfələrlə diqqət çəkir.
2018-ci ildən etibarən hər il olduğu kimi son ev matçında yaşıl-ağlı klub üçün ənənə halını alan "oyuncaq yağışı" hadisəsi bu il də Benito Villamarin stadionunda gözəl mənzərələrə səbəb olub.
La Liqanın 18-ci həftəsində Real Betis ilə Rayo Valyekano arasında 1-1 hesabla sona çatan matçın fasiləsində edilən açıqlama ilə Real Betis tərəfdarları məhdud imkanları olan uşaqlara çatdırılmaq üçün tribunalardan meydançaya minlərlə təmtəraqlı oyuncaq atıblar.
Tədbir zamanı meydançaya atılan oyuncaqlar klubun əməkdaşlıq etdiyi xeyriyyə təşkilatlarına çatdırılıb.
Real Betisdən verilən açıqlamada tədbirin ildən-ilə daha çox diqqət çəkdiyi və cəmiyyətdə maarifləndirmə missiyasını uğurla yerinə yetirdiyi vurğulanıb, həmçinin bu il meydançaya 20 min oyuncaq atmaqla rekordun qırıldığı bildirilib.
Bundan əlavə, klubun sosial şəbəkədə paylaşdığı azarkeşlərin meydançaya oyuncaq atan görüntüləri də böyük maraqla qarşılanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
