Bu gün:

Adobe Photoshopda inqilabi yenilik


Son aylarda edə biləcəkləri ilə bütün dünyanı valeh edən süni intellekt texnologiyası nəhayət photoshop sənayesinə ilk böyük addımını atdı. Adobe-nin süni intellektlə yaxından əlaqəli olan yeni proqramı Firefly özünün inqilabi yeni xüsusiyyətlərini qazanıb. Budur təfərrüatları...

Adobe, çoxdan gözlənilən məşhur süni intellektə dəstək proqramı olan "Adobe Firefly" olan yeni xüsusiyyətini elan etdi.

Photoshop sahəsində inqilab edəcəyi gözlənilən "Generative Fill" süni intellekt texnologiyasını özündə birləşdirən Adobe, hazırkı xüsusiyyətin sınaq versiyasını hər kəs üçün əlçatan etdi.

“Sehrli bir iş üsulu” şüarı ilə təqdim edilən yeni süni intellekt dəstəyi sayəsində saatlarla vaxt alan bəzi əməliyyatlar saniyələr ərzində həyata keçirilə bilir.

Adobe-nin Rəqəmsal Media üzrə Baş Vitse-Prezidenti Ashley Still, yeni "Generative Fill" texnologiyası haqqında dedi: "Generative Fill, generativ süni intellektin sürətini və sadəliyini Photoshop-un gücü və dəqiqliyi ilə birləşdirərək müştərilərə öz təsəvvürlərini təxəyyül sürəti ilə həyata keçirməyə imkan verir".

Ümumi photoshop köməkçisi kimi işləyən Generative Fill, şəkildəki şəkilləri asanlıqla başqa bir şəkillə əvəz edə biləcək. Bundan əlavə, şəkillərdə tapılan obyekt saniyələr ərzində səhvsiz çıxarıla bilər.

Realdan ayırd edilə bilməyən görüntülər yarada bilən yeni alətin bəzi yanlış təsəvvürlərə səbəb olmaması üçün görünməz rəqəmsal imza sistemindən də istifadə olunacaq.

Adobe hələ beta mərhələsində olan yeni süni intellekt texnologiyasını ümumiyyətlə 2023-cü ilin son aylarında istifadəyə verəcək.

Mənbə: Onedio

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et