
Bəzi insanlar IP ünvanlarının böyük əhəmiyyət kəsb etdiyini və başqa biri tərəfindən ələ keçirilsə, onlar üçün müəyyən problemlər yaradacağını düşünür, lakin bu belə deyil. Əvvəla, IP ünvanı internetə qoşulduqda aldığınız rəqəmsal ünvan kimidir. Yəni cihazınızın internetə qoşulduğu yeri təmsil edir, lakin həmişə sabit qalmır. İnsanların çoxusunun istifadə etdiyi dinamik IP ünvanları daim dəyişir. Həmçinin modemi söndürüb yandıranda belə yeni IP ünvanı alırsınız. Statik IP ünvanlarına isə, ümumiyyətlə, böyük şirkətlər və ya şəxsi istifadə üçün üstünlük verilir.
Beləliklə, IP ünvanını daim əl dəyişdirən bir şəxsiyyət vəsiqəsi kimi düşünə bilərsiniz.
Bəs bir haker IP ünvanını tapdığı zaman nəsə edə bilər?
Dərhal çaxnaşma yaratmağa ehtiyac yoxdur. Siz IP ünvanını bir açar olaraq düşünə bilərsiniz, lakin bu, birbaşa evinizə daxil olan açar deyil. IP ünvanı, əslində, internetə hansı nöqtədən qoşulduğunuzu göstərir. Onlar bu prosesdə ən çox yaşadığınız şəhəri və ya internet provayderinizi öyrənə bilərlər. Başqa sözlə, dəqiq mövqeləri tapmaq seriallarda və filmlərdə gördüyünüz qədər sadə deyil. Amma təbii ki, işini yaxşı bilən haker IP ünvanından istifadə edərək daha çox məlumat əldə etmək üçün bəzi üsulları sınaya bilər.
Məsələn, ddos hücumları kimi bir şey var. Əgər haker sizin IP ünvanınızı bilirsə, sizə belə ddos hücumları təşkil edə bilər. Bu hücumlar nəticəsində sizin internet bağlantınızı müvəqqəti olaraq kəsilə, yavaşlaya, hətta bəzən girişi tamamilə itirilə də bilər. Ancaq qeyd etmək lazımdır ki, bu hücumların əksəriyyəti adətən yalnız internet bağlantınıza təsir edir, əlavə olaraq, kompüterinizə və fayllarınıza nüfuz etmir.
IP ünvanınız vasitəsilə evinizi tapmaq nə dərəcədə mümkündür?
Normalda ən çox yaşadığınız ərazini, şəhəri və ya məhəlləni təxmin edə bilirlər, lakin onlar üçün qapınıza gəlmək çətindir. Yalnız internet provayderi bunu qanuni icazələrlə edə bilər.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
