Bu gün:

Uşaq evlərinin vəziyyəti necədir?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadədir. O, uşaq evləriylə bağlı sualımızı cavablandırıb.

-Azərbaycanda dövlət nəzdində olan uşaq evlərinin vəziyyəti və onlara göstərilən qayğı hansı səviyyədədir?

Uşaq evləri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Uşaq evləri icra hakimiyyətinə tabedir, məsələn: Bakı Şəhər İcra Hakimiyyətinə əsas uşaq evləri daxildir. Regionlarda- Şəkidə, Lənkəranda olan uşaq evləri də icra hakimiyyətlərinin nəzarətindədir. Düşünürəm ki, uşaq evlərinin vəziyyətini mütəmadi olaraq monitorinq etmək lazımdır. Söhbət təkcə maddi təchizat bazasından getmir. Uşaqlarla aparılan işlərin daha da təkmilləşməsi istiqamətində işlər aparılır. Biz təşkilat olaraq, monitorinqlərin təşkilində birgə proqramların hazırlanmasında həmişə hazırıq. Elə bir müddət əvvəl 3 saylı uşaq evində çəkilişlərin aparılması ondan xəbər verir ki, uşaq evində maddi təchizatın yoxlanılması, eləcə də uşaqların, yeniyetmələrin qərəzli davranışlarının arxasında kimlərin durması, psixoloji, hüquqi, sosial vəxiyyətlərinin necə olduğu araşdırılmalıdır. Mənim fikrimcə, uşaq evlərinin vəziyyəti nə qədər yaxşı olsa da, bu sahədə davamlı olaraq monitorinqlər keçirilməlidir. Sadəcə, kadrların ixtisaslaşması, onlarla daim təlimlərin keçirilib işlərin aparılması, əlbəttə, vacibdir. 

24Media.az xatırladır ki, hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir.

Gülay Orucova 

Paylaş
Şərh əlavə et